Accessibility links

Cənubi Koreya prezidenti: Şimali Koreya nüvə tərkisilahı məsələsində səmimiyyət nümayiş etdirsə, hərbi təzyiqlər dayandırılacaq


Cənubi Koreya prezidenti Şimali Koreya nüvə tərkisilahı məsələsində səmimiyyət nümayiş etdirsə, hərbi təzyiqlərin dayandırılacağını bildirib.

Mun Cae-in deyib ki, Pxenyan nüvəsizləşmə istiqamətində addım atsa və ABŞ-la müzakirələri davam etdirsə, Şimala qarşılıqlı etimad bərpa edilə bilər.

Mun Amerika ilə birgə hərbi təlimlərin də dayandırılması məsələsinin nəzərdən keçiriləcəyini deyib.

Cənubi Koreya prezidenti bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ilə gürüşüb.

Şimali Koreya tam nüvə tərksilahı aparmayınca, ona qarşı sanksiyalar qüvvədə qalacaq. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Seulda deyib. Pompeo Seula Cənubi Koreya prezidenti Moon Jae-Inə buhəftəki sammit barədə məlumat verməyə gedib. İyunun 12-də ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Cong Un Sinqapurda görüşüb.

ABŞ prezidenti bildirib ki, "Şimali Koreyanın nüvə təhlükəsinə son qoyuldu".

Donald Tramp Sinqapur sammitindən döndükdən sonra bildirib.

ABŞ dövlət başçısı əlavə edib ki, Kimlə görüş çox maraqlı keçməklə yanaşı, pozitiv bir təcrübə oldu.

XS
SM
MD
LG