Accessibility links

Bəxtiyar Hacıyev: Prezidentin səhifəsində tənqidçi vətəndaşın blok edilməsi siyasi ayrı-seçkilikdir


Bəxtiyar Hacıyev: Prezidentin səhifəsində tənqidçi vətəndaşın blok edilməsi siyasi ayrı-seçkilikdir
please wait

No media source currently available

0:00 0:08:05 0:00

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidentini məhkəməyə verib. Bu, ölkə prezidentinin rəsmi Facebook səhifəsində fəalın blok edilməsindən sonra olub. Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində Prezident İlham Əliyevi məhkəməyə verməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Siz Azərbaycan prezidentini məhkəməyə vermisiniz. Bunun səbəbi nədir? Məhkəmə işi icraata götürübmü?

Bəxtiyar Hacıyev: Prezident İlham Əliyevi məhkəməyə verməyimin səbəbi odur ki, o bir ölkə rəhbəri kimi dövlət hesabına saxlanılan və dövlət resursu sayılan Facebook səhifəsindən və daha sonra da Twitter şəbəkəsindən məni blok edib. Mən düşünürəm ki, bu həm ifadə azadlığının pozulmasıdır, həm də siyasi ayrı-seçkilikdir. Çünki mən onu tərifləyən şərhlər yazsaydım məni blok etməzdi. Tərif yazanda ümumiyyətlə kimisə blok eləmir.

Amerikanın Səsi: Sizcə prezident hansısa Facebook istifadəçisini blok edə bilməz? Qanunvericilikdə belə bir norma nəzərdə tutulub?

Mən düşünürəm ki, bu həm ifadə azadlığının pozulmasıdır, həm də siyasi ayrı-seçkilikdir.

Bəxtiyar Hacıyev: Prezident əgər özünün şəxsi həyatı ilə bağlı bir profildən istifadə etsəydi və kimi isə blok etsəydi bunu başa düşmək olardı. Heç məhkəməyə müraciət etməyə ehtiyac olmazdı. Amma dövlət hesabına saxlanılan, Prezident Administirasiyası tərəfindən idarə olunan, sırf prezidentin fəaliyyəti ilə bağlı olan, onun fəaliyyətini işıqlandıran bir səhifədə vətəndaşı hər hansı bir açıqlama və yaxud səbəb olmadan blok etməsi qanunsuzdur. Birincisi, bununla bağlı Azərbaycanda qanunvericilik yoxdur, sosial şəbəkələrdə hansı hallarda dövlət rəsmiləri kimləri isə blok edə bilər, hansı hallarda hansı məsuliyyət nəzərdə tutulub. İkincisi, prezidentin səhifəsində istifadə qaydaları yoxdur. Buna görə də kiminsə hansı əsasla blok edilməsi, mən düşünürəm ki, qanunsuz və əsassızdır. Üçüncüsü, burada ifadə azadlığının məhdudlaşdırılmasından əlavə, həm də siyasi ayrı-seçkilik var. Ona görə də prezident hansısa vətəndaşı siyasi baxışlarına görə, inanclarına görə və yaxud milli-etnik bağlılığına görə blok edə bilməz. Məhz buna görə məhkəməyə müraciət eləmişəm.

Amerikanın Səsi: Birinci instansiya məhkəməsi şikayətinizi təmin etməsə, yuxarı məhkəmə instansiyaslarına müraciət edəcəksiniz?

Bəxtiyar Hacıyev: Mənim birinci instansiya məhkəməsindən belə bir böyük gözləntim yoxdur. Mən məsələlərə realist yanaşıram. Nəinki birinci istansiya məhkəməsində, yerli məhkəmələrin heç birində prezidentə qarşı bir vətəndaşın iddiasının təmin olunması halını mən görməmişəm. Ümumiyyətlə, hətta ən kiçik rayonun icra hakimiyyəti başçısına və yaxud onun müavininə qarşı vətəndaşın, nə qədər haqlı olsa da, birinci instansiya məhkəməsində və ya apellyasiya məhkəməsində iddiasının təmin olunması halını görməmişəm. Amma, biz təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün, yerli məhkəmələrdəki bu prosedurları keçməliyik. Təəssüf ki, biz hələ də ən kiçik məsələlərdə belə daxili məhkəmələrdə ədaləti təmin edə bilməmişik. Amma, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəndə orada bizim hüquqlarımız tanınıb.

Amerikanın Səsi: Bəxtiyar bəy, rəsmi tərəf sizə hər hansı bir cavab veribmi?

Bəxtiyar Hacıyev: Qətiyyən. Əslində iddia ərizəsində bu məqamı da qeyd etmişəm və eyni zamanda məhkəmədə də bu məsələni qaldıracam ki, əgər, ifadə azadlığı məhdudlaşdırılırsa, bəzi hallarda məhdudlaşdıra bilər. Deyək ki, kütləvi informasiya vasitələrində və yaxud da sosial şəbəkələrdə. Amma bunun üçün əsaslar olmalıdır. Tutaq ki, Bəxtiyar Hacıyev, əgər prezidentin səhifəsində terrorçuluğa çağırış edirsə, burada onun blok edilməsi başa düşüləndir. Amma, bunu əsaslandırmaq lazımdır. Bildirdiyim kimi, prezidentin sosial şəbəkə hesablarından istifadə qaydaları yayınlanmalıdır. Orada hansı hallarda vətəndaş blok edilə bilər, onlar göstərilməlidir və qərar verilməlidir ki, vətəndaş Bəxtiyar Hacıyev filan addımları atdığına görə blok edilir. Bundan isə apellyasiya imkanı yaradılmalıdır ki, bəlkə də yanlış anlaşılma olub, kimsə redaktə edib və s.

Yəni prezidentin rəsmi səhifəsi hansısa bir gəncin şəxsi səhifəsi deyil ki, orada kimsə kimdənsə xoşu gəlmədi onu bllok etsin. Mən sosial şəbəkələrdə bu barədə məlumat yayandan sonra məlum oldu ki, mən tək deyiləm.

Bir çox insanlar var ki, prezidentin səhifəsindən blok ediblər və onların böyük əksəriyyətinin blok edilməsinin səbəbi ya hansısa məsələ ilə bağlı prezidentə şikayət ünvanlamasıdır, ya da ki prezidentin fəaliyyəti ilə bağlı yüngül də olsa bir tənqidi şərhlərdir. Bu ayrı-seçkiliyin açıq və bariz nümunəsidir. Çünki prezident öz səhifəsində onu tərifləyənləri, ona dəstək olanları saxlayır, və tənqid edənləri bloklayırsa deməli bu siyasi ayrı-seçkilikdir

Amerikanın Səsi: Azərbaycanda bir çox yüksək vəzifəli şəxslərin sosial şəbəkələrdə hesabı olmadığı təqdirdə Sizin şikayətiniz nə qədər ədalətlidir?

Bəxtiyar Hacıyev: Prezidentin səhifəsi var. Dediyim kimi əgər olmasaydı bu ümumiyyətlə məhkəmənin müzakirəsi olmazdı. Amma prezidentin rəsmi səhifəsi var və vətəndaşlara açıqdır. Orada onu tərifləyənlər üçün imkan yaradılır, ondan narazı olanlar üçün isə imkan yaradılmırsa bu ayrı-seçkilikdir. Həm Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (fikri ifadə etmək azadlığı) maddəsini, həm də 14-cü maddəsini (Ayrı-seçkiliyin qadağan edilməsi) pozur. Buna görə də mən düşündüm ki, şikayət edim. Bir də burada siyasi bir məqam yoxdur. Mən çalışıram ki, hüquq icmasında artıq belə məsələlərlə bağlı müzakirələr başlasın. Eyni zamanda vətəndaşlarımız da anlasınlar ki, kimliyindən aslı olmayaraq əgər hansısa dövlət rəsmisi və yaxud dövlət qurumu onların hüquqlarını pozursa, onlar məhkəməyə müraciət edə bilərlər və etməlidirlər. Aydın məsələdir ki, yenə təkrar edirəm, daxili məhkəmələrdə vətəndaşların hüquqlarının bərpa olunmaq ehtimalı çox aşağıdır. Amma Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib yekunda öz hüquqlarını bərpa edə bilərlər.

Amerikanın Səsi: Prezidenti məhkəməyə verəndən sonra siz hər hansı bir təzyiq və ya təhqirə məruz qalmısınız?

Əslində, prezidentə çox yaxşı bir imkan yaranıb ki, Prezident Administirasiyası gəlsin məhkəmədə desin ki, bəli bu qanunsuz olub. O bloku aradan götürsün. Bunu təbliğ eləsinlər ki, ölkədə demokratiya var, baxın, bizi tənqid eləyən şəxs prezidenti məhkəmyə verdi. Mən düşünmürəm ki, İlham Əliyev bu şansdan istifadə edəcək.

Bəxtiyar Hacıyev: Ənənəvi olaraq trolların hücumları başlayıb. Eyni zamanda, mətbuatda bir neçə sifarişli yazılar gedib mənimlə bağlı. Bu addımı qeyri-ciddi addım kimi göstərməyə çalışanlar var. Böyük bir ciddi təzyiq hələ ki, yoxdur. Mən düşünürəm ki, olmamalıdır da. Çünki bu sırf hüquqi məsələdir. Əslində, prezidentə çox yaxşı bir imkan yaranıb ki, Prezident Administirasiyası gəlsin məhkəmədə desin ki, bəli bu qanunsuz olub. O bloku aradan götürsün. Bunu təbliğ eləsinlər ki, ölkədə demokratiya var, baxın, bizi tənqid eləyən şəxs prezidenti məhkəmyə verdi. Mən düşünmürəm ki, İlham Əliyev bu şansdan istifadə edəcək. Çünki keçmişdə buna bənzər onun əlində şanslar olub. Məsələn, 2020-ci il parlament seçkilərində çox yaxşı bir şans var idi ki, özünün səs verdiyi dairədəki nəticələri ləğv elətdirsin. Çünki, oradakı saxtakarlıq faktları artıq hər bir vətəndaşa məlum idi. Amma, həmin dairənin nəticələrini ləğv edib, normal demokratik seçki keçirmək imkanı varkən, o qədər biabırçı nəticələrə baxmayaraq, həmin dairənin nəticələrini saxladı, sırf geri addım atmamaq üçün. İndiki mərhələdə də mən düşünürəm ki, geri addım olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG