Accessibility links

Böyük Yeddilər beynəlxalq şirkətlərə tətbiq olunan vergi üzərində tarixi razılıq əldə edib


Dünyanın bir qrup zəngin ölkəsi şənbə günü dünyanın ən böyük şirkətlərinin faydalandığı sərhədlərarası vergi boşluqlarını aradan qaldırmaq üzərində böyük bir razılığa gəliblər.

Böyük Yeddilər minimal qlobal korporativ vergi dərəcəsinin ən azı 15 faiz olmasını dəstəkləyəcəyini və vergilərin bizneslərin fəaliyyət göstərdikləri ölkələrdə ödənildiyi təmin etmək üçün tədbirlər görəcəyini bildirib.

“G-7-nin maliyyə naziləri illərlə davam edən müzakirələrdən sonra qlobal vergi sistemini qlobal rəqəmsal dövrə uyğun etmək üçün tarixi razılıq əldə ediblər,” Britaniyanın maliyyə naziri Rişi Sunak müxbirlərə bildirib.

Gələn ay qlobal sazişin əsasını təşkil edə biləcək bu razılığın məqsədi onillərdir davam edən “güzəştlər yarışı”na son qoymaqdır. “Güzəştlər yarışı”nda ölkələr çox aşağı vergi dərəcələri və istisnalarla nəhəng korporasiyaları cəlb etmək üçün yarışır.

Bu isə həmin ölkələrin büdcələrinə yüz milyardlarla dollar bahasına başa gəlib. İndi isə onlar koronavirus böhranının viran qoyduğu iqtisadiyyatlarını bərpa etmək üçün lazım olan böyük xərcləri ödəmək üçün bu itkiləri kompensasiya etməlidirlər.

Nazirlər COVID-19 pandemiyası başlayandan bəri ilk dəfə Londonda bir araya gəlir. Reuters-in əldə etdiyi razılığı yekun versiyasında bildirilir ki, G-7 nazirləri “ölkələrə görə minimum 15 faizlik qlobal vergi üzərində razılaşacaqlar.”

Nazirlər həmçinin daha çox şirkəti daha standart yolla ətraf mühitə təsirlərini elan etməyə vadar etməyə çalışmaq üzərində də razılıq əldə ediblər. Zəngin ölkələr illər boyu Google, Amazon və Facebook kimi böyük beynəlxalq şirkətlərdən daha çox əglir əldə etməyin yolu üzərində razılıq əldə etməkdə çətinlik çəkiblər. Bu şirkətlərin çoxu gəlirlərini çox az və ya heç vergi vermədikləri yurisdiksialarda qeydə alırlar.

ABŞ Prezidenti Co Baydenin administrasiyası minimal qlobal korporativ vergi dərəcəsinin 15 faiz olmasını təklif etməklə dalana dirənmiş danışıqlara yeni təkan verib. Bu vergi dərəcəsi İralndiya kimi ölkələrdəki vergi dərəcəsindən yüksək, G-7 ölkələrindəki ən aşağı vergi dərəcəsindən isə daha azdır.

XS
SM
MD
LG