Accessibility links

Benazir Bhuttonun oğlu siyasətə atılıb


Anası kampaniya yolunda öldürülüb və babası hərbi diktator tərəfindən edam edilsə də, bu, Bilaval Bhutto Zərdariyə onların hər ikisinin tutduğu Pakistanın baş naziri vəzifəsinə doğru irəliləməsinə maneə olmayıb.

Oxford təhsilli, subay 29 yaşlı Bhutto Zərdari solçu mərkəz Pakistan Xalq Partiyasının (PXP) 25 iyul seçkilərindən əvvəl ilk dəfə olaraq doğma Sindh əyalətinin uzanan düzənliklərini keçərək təşviqat kampaniyası aparıb.

Bhutto Zardarini bir çoxları Pakistanın Kennedisi adlandırırlar.

Hərbi rəhbərlikdən sonra demokratiyanın bərpasına təşəbbüs etdiyi üçün anası, iki dəfə baş nazir olmuş Benazir Bhuttonun 2007-ci ildəki sui-qəsdi zamanı o hələ universitetdə oxuyurdu. Onun atası, həmçinin baş nazir olmuş Zülfikar Əli Bhutto da hərbi çevriliş ittihamı ilə asılmışdı.

"Mən bu həyatı seçməmişəm, mən fəal deyildim və bunu təqib etmirdim. Anam həmişə bu həyatı seçmədiyini söyləyib, bu həyat özü onu seçib. Mən də eynilə belə hiss edirəm.” Bhutto Zardari özünün 6 metrlik zirehli avtobusunun damında duraraq söyləyib.

Bhutto Zardari tərəfdarları arasında
Bhutto Zardari tərəfdarları arasında

İlk kampaniya

Seçki kampaniyası zamanı qorxub-qorxmadığı barədə soruşduqda, o, qısaca: "Xeyr." cavabını verib. Sonra o, bəzi aktivistlərin Pakistanın güclü ordusunu günahlandırdıqları seçkilərə qədər "qorxu mühitini" müzakirə etməyə keçib.

PXP-nin baş nazirliyə namizəd olduqdan bəri ilk müsahibələrdən birində o, özünün potensial koalisiya tərəfdaşı Oxford məzunu və müxalifət lideri İmran Xanı tənqid edib.

Gərgin seçki dövrü

Siyasi sülalənin ən gənc nümayəndəsini görmək üçün minlərlə insan onun keçəcəyi təkzolaqlı yola yığışmışdılar. Tərəfdarları tərəfindən əhatə olunmuş və gül ləçəkləri yağışına tutulan Bhutto Zərdarini bir çoxları Pakistanın Kennedisi adlandırır.

Xalqın pozitiv olmasına baxmayaraq, 1947-ci il müstəqillik qazandığı dövrdən hərbçilər tərəfindən idarə olunan Pakistanda seçkilər daim gərgin keçir.

İstefaya gedən Pakistan Müsəlman Liqası (PML-N) hökuməti ötən il baş nazir Nəwaz Şərifin istefaya göndərilməsində ordu və məhkəmələrin rolununu tənqid edərək, onları İmran Xanın PTI siyasi partiyasına köməklik göstərməkdə günahlandırıb.

Pakistanın sabiq kriket kapitanı Xan ittihamları rədd edir və hücum edən PML-N-ı siyasi korrupsiyalanmış mafia adlandırıb.

Bütün bunları kölgə altına almaq seçkilərin "qurulma" olması qorxusundan irəli gəlir. Bu isə Pakistanın bir çox yüksək rütbəli dövlət məmurları, hakimləri üçün bir evfemizmdir.

Ordu dəfələrlə müasir siyasətə müdaxilə etdiyini inkar edib.

Bhutto Zərdaridən ordunun siyasətə qatılacağı barədə soruşduqda o bilirib ki, ordu Pakistanın tarxində çox fəal olub və Pakistan Xalq Partiyası üçün bu problem olmamalıdır.

XS
SM
MD
LG