Accessibility links

BVF Serbiyaya iri məbləğdə kredit verəcək


BVF Serbiyaya iri məbləğdə kredit verəcək
BVF Serbiyaya iri məbləğdə kredit verəcək

Beynəlxalq Valyuta Fondunun Serbiyadakı missiyasının rəhbəri deyir ki, bu ilin sonunadək qurum Belqrada 1.4 milyard dollar kredit verə bilər.

Albert Jaeger serblərin Ekonomist məcmuəsinə bildirib ki, detallar hələ də müzakirə olunur, lakin maliyyə əməliyyatı yəqin ki, il yarım vaxt aparacaq. Maliyyə vəsaiti sentyabrın sonunda Serbiyaya verilə bilər.

Serbiya rəsmiləri deyirlər ki, onlar iqtisadi böhran baş verməyincə puldan istifadə etmək məramında deyillər. Jaeger vurğulayıb ki, pul gələn il və 2013-cü ilin büdcəsindəki boşluqları doldurmaq üçün istifadə edilə bilər.

XS
SM
MD
LG