Çöldə havanın temperaturu mənfi beş, altı dərəcədir. Ancaq bu soyuq hava buz heykəltəraşı olan Denina üçün mükəmməldir.
“Bu bir balaca dəlisovdur. Demək istədiyim odur ki, biz burada yaşayırıqsa 6 ay davam edən soyuq qışda bütün günü evdə qala bilmərik.” - deyə, Denina Huyg bildirib.
Denina buz oyma sənətinə təxminən 25 il əvvəl başlayıb. Kanadalı mühacirlər olan Denina və onun həyat yoldaşı 1996-cı ildə Minnesotaya köçüb.
Buzoyma əsasən kişilərin üstünlük təşkil etdiyi sənət olsa da Deninanın sözlərinə görə, 136 kiloqramlıq buz parçasını qaldırmaqdan başqa qadınlar kişilərə qarşı rəqib olmaq və qalib gəlmək üçün lazım olan hər xüsusiyyətə sahibdirlər.
“Dünyada qadın buz heykəltaraşları çox azdır. Ancaq bizim oyma bacarıqlarımız və yarışda iştirak etmək haqqımız kişilərlə bərabər olmalıdır.” - deyə, Denina əlavə edib.
Yarışın şərtlərinə görə təkcə beynəlxalq xəbər agentliklərinin diqqətini cəlb edəcək sənət əsərləri yaratmaq yox, həm də ən az üç min kiloqramlıq bərk buz parçasından istifadə etməlisən. Denina isə öz ödənişlərini başqa cür ödəyir.
“Mənim gündəlik işim var. Mən bu kiçik işi ailə adlandırıram. Həmçinin böyük həvəsində olduğum sənətimlə də məşğulam. Eyni zamanda getdiyim kilsədə kofe dükanını idarə edirəm."
Kimin qalib gəlib, kimin məğlub olmasından asılı olmayaraq buz heykəltəraşları Saint Paulda keçirilən Qış Karnavalının bir parçasıdır.
Deninanın sözlərinə görə, qar və buzoyma yarışlarında o və həyat yoldaşı birlikdə 15 kubok qazanıb. Bunlardan 3-ü isə birinci yer kuboklarıdır. 1886-cı ildən başlanan bu qış karnavalı hər il təxminən 250 mindən çox buz incəsənətini sevən insanın buraya səyahət etməsinə və qış nağılından zövq almasına səbəb olur.