Accessibility links

Buxarestdə AGRİ layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək


Buxarestdə AGRİ layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək
Buxarestdə AGRİ layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək

Görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə AGRI LNG Co şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramının və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Mayın 26-27-də Buxarestdə AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsində iştirak edən ölkələrin - Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co şirkətinin idarə heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə AGRI LNG Co şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramının və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaqdır.
Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-in vitse-prezidentinin müavini, AGRI LNG Co şirkətinin idarə heyətinin üzvü Vitali Bəylərbəyov təmsil edəcək.

Xatırladaq ki, 2010-cu il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Sənəddə AGRI layihəsinin Texniki İqtisadi Əsaslarının (TİƏ) 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeged) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft və Qaz Korporasiyası, ARDNŞ və Macarıstanın MVM şirkətləridir. Birgə müəssisənin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

XS
SM
MD
LG