Respublikaçılar Partiyasından Ceb Buşun partiyası tərəfindən prezident seçkilərində nominasiya ediləcək ilk namizəd olacağı düşünülürdü. Lakin respublikaçıların debatından sonra vəziyyət bir qədər dəyişib. İndi Buş kampaniyasına təkan vermək məcburiyyəti qarşısında qalıb.
Respubliakçıların debatından sonra hətta tərəfdarlarının narazılığını əldə edən Ceb Buş Nyu Hempşir ştatında seçicilərin dəstəyini əldə etməyə çalışıb.
“Bu, böyük bir şəxsiyyətin ortaya qoyulmasıdır. Bu, ifaçılıqdır. Bu, vəhdətə ehtiyacı olan ölkənin liderliyidir.”
Florida qubernatoru Buş həmin ştatdan senator Marko Rubionun məsləhətçisi olub. Lakin debatlar zamanı Bush Rubionu seçkiqabağı kampaniyasına görə Senatda keçirilən səsvermədə iştirak etmədiyinə görə tənqid etməsindən sonra senator ona cavab vermişdi.
“Marko, siz buna imza atdıqda artıq 6-cı dönəm senator kimi iş yerinizdə olmalı idiniz.”
“Bunu eyni vəzifə uğrunda mübarizə apardığımız üçün deyirsiniz. Sizi kimsə mənə hücum etməklə qalib gələcəyinizə inandırıb. ”
Buş respublikaçılar arasında öndə gedirdi. Lakin son rəy sorğuları onun Donald Tramp və Ben Karsondan geridə qaldığını göstərib. Buş bu yaxınlarda kampaniya xərcləri və işçilərini ixtisar etməli olub.
“Mən bir yerfə oturmaqdansa, məni ləkələyən, mənim də onları ləkələməyə məcbur edən insanları dinləməkdənsə, daha yaxşı işlər görürəm. Bu, zarafatdır. Əgər Trampı seçmək istəyirsinizsə, buyurun!”
Tanınmasına baxmayaraq, Buş seçiciləri ilə əlaqə qurmağı bacarmır. Bu, tarixçi Allan Liçtmanın fikridir.
“Ceb Buş müasir tariximizdə ən pis kampaniya aparır. O, kampaniyasına ciddi yanaşmır. O, kəskin, iddialı deyil, sözünü ictimaiyyətə çatdırmağı bacarmır. ”
Sabiq konqresmen Vin Ueber kimi Buşu dəstəkləyənlər belə narahatlıqlarını dilə gətirir.
“Onun ölkədəki əhval-ruhiyyə ilə ayaqlaşmadığı həqiqətdir. Ona dəstək verən bizlər Buşun öndə getməsini görmək istəyirik. O isə geriləyir.”
Adı və zəngin tərəfdarları Buşun önə çıxmasına yardım edə bilər. Strateq Con Fiheri belə düşünür.
“Mən Ceb Buşun arxada qalacağını düşünmürəm. Onun əlində yaxşı pulu, güclü siyasi arxası var. Digər namizədlər onunla müqayisə oluna bilməz.”
Buş avtobusla keçirdiyi seçki kampaniyalarına start verməyi və bununla öndərliyini bərpa etməyə çalışacaq.