Bulla-Dəniz yatağındakı quyuda təmizləmə işləri başa çatdırılıb və hazırda vəziyyət normaldır. Bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Hellenic Petroleum”un əməkdaşları birgə işləyir. “
Biz istəyirik ki, quyunu xilas edək. ABŞ-dan avadanlıqlar gətirilib. Artıq hava şəraiti yaxşılaşdığı üçün həmin avadanlıqların quyunun ağzına keçirilməsi istiqamətində hazırlıq işləri görülür. Bu işi ya quyu yana-yana, ya da alovu söndürərək həyata keçirəcəyik. İmkanlarımızdan maksimum istifadə edirik ki, quyunu xilas edək”, o qeyd edib.
Bulla-Dəniz qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Qəza baş vermiş 90 saylı quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr). Avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Sonra quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Yanğın hələ də davam edir.
Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 milyon m3/gün həcmində olduğu müəyyən edilib.