Accessibility links

Bukinqem sarayının təmirə ehtiyacı var [Video]


Bukinqem sarayının təmirə ehtiyacı var
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Bukinqem sarayının təmirə ehtiyacı var

Kraliça II-ci Elizabetin əsas iqamətgahı, Londonda yerləşən Bukingem sarayının təmirə ehtiyacı var. Hökümət yüz minlərlə dollara başa gələcək təmirin xərclərini vergi pulları ilə ödəməyi planlaşdırır. Bu qərar tənqidçilərin qəzəbinə səbəb olub və onlar ölkədə kəmər sıxma siyasəti aparıldığı, başqa sözlə dövlət xərclərinin azaldıldığı bir vaxt monarxiyanın xərclərini özünün ödəmələli olduğunu deyir.

Bir çox turist üçün Londona səyahət Bukingem sarayının önündə şəkil çəkdirməklə tamamlanmır. Təxminən 300 yaşı olan bu bina xaricdən dünyanın ən uzun müddət hakimiyyətdə qalan monarxı üçün yararlı olduğu kimi görünür.

Hesablamalar göstərir ki, monarxiyanın ümumi xalis dəyəri 84 milyon, kraliçanın şəxsi sərvəti isə 650 milyon ABŞ dolları təşkil edir. Ona görə də fikrimcə bunu xalq deyil, monarxiya ödəməlidir.
Pol Monaqan

Lakin fasadın arxasında saray rəsmiləri binanın dağıldığını deyir. Su qızdırıcılarının artıq 30 yaşı var. Təxminən 160 kilomter uzunluğunda olan elektik kabelləri 1960-cı ildə quraşdırılıb, borular isə qurğuşun və çuqundan düzəldilib. Bunların hamısı təmir olunmalıdır.

Xərci isə yarım milyon dollara başa gələcək.

Britaniya bunun üçün dövlət vəsaitindən istifadəni təsdiqləyib. Amma bir çox qanunverici bunu niyə vergi ödəyicilərinin ödəməli olduğunu sual edir.

“Hesablamalar göstərir ki, monarxiyanın ümumi xalis dəyəri 84 milyon, kraliçanın şəxsi sərvəti isə 650 milyon ABŞ dolları təşkil edir. Ona görə də fikrimcə bunu xalq deyil, monarxiya ödəməlidir,” deyə Şotlandiyalı qanunverici Pol Monaqan bildirir.

Monaqan deyir ki, ölkədə kəmər sıxma siyasəti aparıldığı bir vaxt bu xərclər yersizdir.

Lakin hökümət iddia edir ki,, Bukingem sarayının təmiri Britaniyanın özü üçün də çox vacibdir.

Bukinqem sarayı
Bukinqem sarayı

Ölkəni ziyarət edən dövlət başçıları adətən kraliça tərəfindən təmtəraqlı bir şəkildə bu sarayda qarşılanır. Bu ayın əvvəli o, Kolumbiya prezidenti Xuan Manuel Santosa ev sahibliyi edib.

Bukinqem sarayı həmçinin minlərlə turist cəlb edir. Ziyarətçilərin çoxu saraydakı problemləri eşidəndə təəccüblənir.

“Ölkədə aparılan kəmər sıxma siyasətini nəzərə alaraq, sarayın xərclərini insanların boynuna atmaq da, məncə, sərt siyasətdir,” amerikalı turist Met Sumera deyir.

“Məncə hər iki tərəf ödəməlidir. Hökümət xərci ödəməklə faydasını da görəcək. Tursitlər gəlməyə davam edəcək və onların görmək istədikləri əsas yer də elə bu saraydır,” deyə digər bir amerikalı tursit Marianna bildirir.

“Təmir işləri bir neçə mərhələdən ibarət olacaq ki, kraliça saraydan köçməsin. 775 otaqlı bir sarayda onun təmir səslərindən qaçmaq üçün kifayət qədər yeri olacaq. Rəsmilər deyir ki, əgər planlaşdırılmış təmir işləri həyata keçirilsə, sarayın artıq 2067-ci ilədək təmirə ehtiyacı olmayacaq.

XS
SM
MD
LG