Accessibility links

2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb


Büdcə
Büdcə

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd manat, xərcləri isə 20 mlrd 905,7 mln manat təşkil edəcək. Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin kəsiri 778,7 mln manat proqnozlaşdırılır.

Deputat deyib ki, mərkəzləşdirilmiş gəlirlər 19 mlrd 476,329 mln manat, yerli gəlirlər 650,671 mln manat məbləğində təsdiq edilib.

Gəlirlərin mənbələri kimi dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd manat cəlb edilməsi nəzərdə tutulur.

Bundan əlavə, sadələşdirilmiş vergidən 380 mln manat, aksizlərdən 726 mln manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln manat, yol vergisindən 91 mln manat, mədən vergisindən 136 mln manat, gömrük rüsumlarından 535 mln manat, aksiz markaların satışından 6,3 mln manat, dövlət rüsumundan 108 mln manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln manat, vergi orqanlarının xətti ilə 140 mln manat cəlb etmək nəzərdə tutulub.

Xərclərə gəlincə, ümumi dövlət xidmətlərinə 3 mlrd 620,257 mln manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln manat, elm xərclərinə 128,060 mln manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd 262,778 mln manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln manat), müdafiə xərclərinə 2 mlrd 738,722 mln manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd 329,535 mln manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln manat, səhiyyə sahəsinə 740,661 mln manat, sosial müdafiə və sosial təminat 2 mlrd 197,182 mln manat yönəldilməsi nəzərdə tutulur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd 944,376 mln manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln manat, iqtisadi fəaliyyətə 245,511 mln manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd 495,203 mln manat yönəldiləcək.

2018-ci ilin dövlət büdcəsi layihəsində 1 barrel neftin baza qiyməti 45 dollar müəyyən edilib.

Dövlət büdcəsi layihəsində qeyd edilir ki, gələn il dünya bazarlarında neftin orta qiyməti 50 dollar olacaq.

Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsində 1 barrel neftin baza qiyməti 45 dollar müəyyən edilib, bu ilin I yarısında Azərbaycan neftinin qiyməti 54 dollar olub. 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollar götürülüb, Azərbaycan neftinin orta qiyməti 42 dollar olmuşdu.

XS
SM
MD
LG