Accessibility links

Ağacların qırılması ekoloji fəlakətdir


Ağacların qırılması ekoloji fəlakətdir
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Bir neçə gündür ki, mətbuatda Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki və kolların kəsilərək yerində fındıq bağının salınması haqqında məlumatlar yayılıb. Eko-aktivist Cavid Qara açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi Şəki və Qax bölgəsində açıq meşə torpaqlarını 49 illik icarəyə verib. "Meşə fondu, torpaqlarını icarəyə götürən şəxslər orada bitki və kolları kəsərək yerində fındıq bağları salmaq istəyirlər. İndi məhv edilən bitki örtüyünü bərpa etmək üçün on illər lazım olacaq. Bu qırılma ekoloji fəlakətdir". "2017-ci idə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən, meşələrin icarəyə götürülməsi məsələsi uzadıldı. Bu vaxta qədər isə meşələrin icarəsi 10 illə məhdudlaşırdı”, - bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. "Elə ağaclar var 5-6 ildən sonra məhsul verməyə başlayır. Bu zaman icarə üçün milyonlarla manat xərcələyən sahibkar üçün meşəni qısa zamana icarəyə götürmək maraqlı olmur. Bu səbəbdən icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə bağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin açılmasına səbəb olur”, - nazir müavini fikrini belə əsaslandırıb.

XS
SM
MD
LG