Accessibility links

Bu il 46 hərbi qulluqçu ölüb


Cəbhə xətti
Cəbhə xətti

2019-cu ildə (dekabrın 4-dək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 46 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9 nəfəri döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 9 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbçi xəstəlik nəticəsində, 3 nəfərin isə bədbəxt hadisədən (donvurma və elektrik vurması) dünyasını dəyişdiyi bildirilir. 12 nəfər naməlum hadisə səbəbindən, 7 nəfər ölümcül hadisələrdən (avtomobil qəzası), 4 nəfər isə mina-mərmi partlayışından dünyasını dəyişib. 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə hadisəsindən dünyasını dəyişib. 2 hərbçi intihar edib. 1 nəfər sərhəd pozucuları ilə atışmada həlak olub. Bir nəfər hərbçi baş vermiş təyyarə qəzasında həlak olub.

Dünyasını dəyişənlərin 24 nəfəri əsgər, 3 nəfəri gizir, 2 nəfəri kiçik çavuş, 12 nəfəri zabit, 5 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.

Dünyasını dəyişənlərin 40 nəfəri Müdafiə Nazirliyinin, 6 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Müdafiə Nazirliyi ona aid olan 40 ölüm hadisəsinin 28-i barədə hər hansı açıqlama verməyib. DSX isə 6 hadisədən yalnız ikisinə aydınlıq gətirib.

Ötən dövrdə ümumilikdə 18 hərbi qulluqçu yaralanıb. 8 nəfər mərmi partlayışından, 5 nəfər erməni gülləsindən, 4 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb.

Rəsmi qurumlar məlumatla bağlı hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG