Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün anadan olmasının 50-ci ildönümünü Ağ Evdə yaxınları ilə keçirəcək. Prezident Obama ailəsi və yaxın dostları ilə, Ağ Evin Qızıl Gül bağında keçirəcəyi gecədən əvvəl həmişə olduğu kimi bu gün səhər işləyir. Həftə sonu günlərini isə cənab Obama ailəsi ilə birlikdə Kamp-Daviddəki prezident iqamətgahında keçirəcək.
Dünən axşam ad günü münasibəti ilə Çikaqoda keçirilən siyasi maliyyə toplama kampaniyasında çıxış edən prezident Obama özünün iqtisadi siyasətini müdafiə etsə də, hələ qarşıda çox işlərin görülməli olduğunu deyib.
.
.