Accessibility links

Brüssel: Gürcüstanın “xarici agentlər haqqında” qanunu Aİ normalarına uyğun gəlmir


Avropa İttifaqı Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürməyə çağırır. Deutsche Welle xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Parlamentinin tribunasında böhranların idarə olunması üzrə Avropa komissarı Yanez Lenarçiç bildirib.

“Aydındır ki, bu qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir. Onun qəbulu Gürcüstanın gələcək Avropa yolunu təhlükə altına atacaq”, Lenarçiç bildirib.

2023-cü ilin martında Gürcüstanın hakim partiyası artıq analoji qanun qəbul etməyə cəhd etmişdi, lakin kütləvi etirazlardan sonra “vətəndaşlarına belə bir qanuna bir daha baxılmayacağına söz verərək” bu addımdan vaz keçdi.

Ötən ilin dekabrında Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verib. “Gürcüstanın gələcəyi Aİ-dədir. Qapılarımız açıqdır” - deyən Avropa komissarı Gürcüstan rəhbərliyini “ölkəni Avropa yolundan çıxarmamağa” çağırıb.

“Xarici agentlər” qanun layihəsi maliyyələrinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media qurumlarının xarici maraq təşkilatları kimi qeydiyyatdan keçməsini tələb edəcək.

Lenarçiç Gürcüstan hakimiyyətini “Aİ-yə daxil olmaq məqsədi ətrafında milli konsensus yaratmağa” çağırıb.

Gürcüstan parlamenti qanun layihəsini aprelin 17-də birinci oxunuşda qəbul edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG