Belçika rəsmiləri çərşənbə axşamı səhər radələrində Brüsseldə aparılan anti-terror əməliyyatları zamanı saxlanılan şübhəlinin üzərində duz və peçenyelərlə dolu imitasiya bomba kəməri aşkar edildiyini bildirib.
Şübhəli Belçika paytaxtındakı alış-veriş mərkəzində bomba partlayışı ilə bağlı xəbərdarlığın elan edilməsinə səbəb olub.
Alış-veriş mərkəzi istintaq aparıldığı üçün bağlanıb. Yaxınlıqda yerləşən metro stansiyasına yalnız bir çıxış açıq saxlanıb. Orada əsgərlər sərnişinlərin çantaları və əşyalarını yoxlayıblar.
Belçika mətbuatının verdiyi məlumata görə, baş nazir Çarlz Mişel Belçikanın təhlükəsizlik tədibrlərinin koordinasiya edildiyi böhran mərkəzində fövqəladə iclas keçirib.
Mart ayında Brüssel hava limanında və metroda 32 nəfərin ölümü ilə nəticələnmiş terror hücumlardan sonra Belçikada təhlükəsizlik səviyyəsi ən yüksək həddə çatdırılıb.