Accessibility links

Nyu-Yorkda yaşayan azərbaycanlılar [VİDEO]


Nyu-Yorkun Bruklin rayonunda yaşayan azərbaycanlılar
please wait

No media source currently available

0:00 0:05:02 0:00

记得当时年纪小, 秀兰爱唱又爱笑

Bruklində azərbaycanlılar çoxsaylı bizneslərə malikdir

Nyu-York şəhəri beş rayondan ibarətdir: Manhattan, Bronks (Bronx), Quinz (Quinns), Staten Aylend (Staten Island) və Bruklin (Brooklyn). ABŞ-ın Nyu-York şəhəri əsasən əzəmətli binaları, səs-küylü həyat tərzi ilə tanınır. Ancaq əslində, bu əzəmətli binaların böyük əksəriyyəti və qeyri-adi əyləncələrin çoxu Manhattan rayonundadır.

Bruklin Nyu-Yorkun Rus məhəlləsi kimi tanınır. Üzərindən qatarlar keçən bu qaranlıq məhəllə rus rayonu kimi tanınsa da, burada keçmiş Sovet respublikalarından, hətta Türkiyədən insanlar yaşayır və fəaliyyət göstərir.

Oradakı telefon mazağalarından biri Yusif Salmanovun oğluna məxsusdur. O, Azərbaycandan 11 ildir çıxdığını və Bruklində məskunlaşdığını deyir. Yusif Salmanovun sözlərinə görə, azərbaycanlılar Bruklində çoxsaylı bizneslərə malikdir. Sahibkar deyir ki, Amerikada biznes sahibi olmaq çox asandır. Buna səbəb kimi o, gəlirlərin və çıxarların aşkar olduğunu bildirir. Yüsif Salmanov Azərbaycandakı şəraitlə fərqi belə ifadə edir. Videonu izləyin.
XS
SM
MD
LG