Accessibility links

Fransada 11 yaşlı qız odlu silahla vurulub


Şənbə günü Fransada 11 yaşlı britaniyalı qız odlu silahla vurularaq öldürülüb.

Brittani vilayətinin Sen-Herbot kəndində ailələrinin evində baş verən insidentdə onun atası və anası da yaralanıb. Britaniyanın The Guardian qəzeti başından güllə yarası alan atanın vəziyyətinin ağır olduğunu yazıb.

Qızın 8 yaşlı bacısı baş verənləri xəbər vermək üçün qonşuya qaçdığına görə sağ qalıb.

Dövlət ittihamçısı Karin Halleyin bildirdiyinə görə, silahlı hücumdan sonra həmin kəndin sakini, 71 yaşlı Hollandiya vətəndaşı saxlanılıb.

"Bu faciənin motivləri hələ məlum deyil. Görünür, bir neçə ildir ki, iki qonşu arasında iki mülkə bitişik torpaq sahəsinə görə münaqişə olub," Halley bildirib.

Keçən həftə də Fransanın şərqindəki Annesi şəhərindəki parkda daha bir britaniyalı qızla birlikdə üç uşaq və iki yetkin bıçaqlanıb.

XS
SM
MD
LG