Britaniya Müdafiə Nazirliyinin Ukrayna ilə bağlı gündəlik kəşfiyyat açıqlamasına əsasən, Rusiya “çox güman ki,” hərbi qüvvələrini artırmaq üçün daha geniş şəbəkə yaratmağa hazırlaşır.
Hesabatda bildirilir ki, həftənin əcvəlində Rusiya Dumaaının deputatları Rusiya Dumasının deputatları kişilər üçün hərbi xidmətə çağırış yaşını 21 ilə 30 yaş arasına dəyişdirən qanun layihəsi təqdim ediblər.
Hazırda yaş həddi 18-27 arasındadır.
Nazirlik bildirib ki, qanun layihəsi “çox güman ki,” qəbul ediləcək və yanvar ayında qüvvəyə minəcək. “Rusiya rəsmi olaraq çağırışçıların Ukraynada əməliyyatlarda iştirakına qadağa qoymağa davam edir, baxmayaraq ki, ən azı yüzlərlə adam inzibati işlərdə qarışıqlıq yolu ilə və ya müqavilələr imzalamağa məcbur edildikdən sonra orada xidmət edib,” nazirlik məlumatında bildirib.
Hesabatda deyilir ki, 18-21 yaş arasındakı kişilərin çoxu təhsillərini davam etdirə bilmək üçün istisnalar tələb edirlər.
Beynəlxalq Valyuta Fondu cümə günü bildirib ki, idarə heyəti "son dərəcə yüksək qeyri-müəyyənliklə" üzləşən ölkələrə yönəlmiş maliyyə siyasətində dəyişiklikləri təsdiqləyib.
Bu tədbir Rusiyanın işğalına qarşı mübarizədə ikinci ilə daxil olan Ukrayna üçün yeni kredit proqramı yaratmaq yolu kimi qiymətləndirilir.
Beynəlxalq Valyuta Fondu açıqlamasında “Bu dəyişikliklər ölkə hakimiyyətinin nəzarətindən və iqtisadi siyasətlərinin imkanlarından kənarda olan və adi risklərdən daha böyük risklər yaradan ekzogen şokları əhatə edən son dərəcə yüksək qeyri-müəyyənlik vəziyyətlərində tətbiq edilir.”
Bu arada isə Floridada qərargahlanan tətbiq tərtibatçısı və yuxu təhqiqatı şirkəti DreamApp bu yaxınlarda 745 ukraynalı üzərində yuxu keyfiyyəti araşdırması aparıb və Rusiyanın hərbi müdaxiləsinin onların yuxularına və psixi sağlamlıalarına necə təsir göstərdiyini tədqiq edib.
İştirakçıların 82 faizindən çoxu yuxularını xatırladıqlarını deyib. DreamApp-in bildirdiyinə görə isə bu, “tam istirahət təmin etməyən səthi yuxu”nun göstəricisidir.
“Beyin kifayət qədər yuxu almadıqda, travmatik təcrübələr adekvat şəkildə işlənilə bilməz, bu da psixi sağlamlıqda əlavə gərginliyə səbəb olur,” DreamApp-in baş yuxu alimi Cessi Lyon deyir. “Bu, bu təcrübələri beyində saxlayaraq, daimi gərginlik vəziyyətinə və mübarizə apar-ya da-qaç reaksiyasının artmasına səbəb olur.”