Britaniyanın baş naziri Deyvid Kameron keçən həftə ölümlə nəticələnən iğtişaşları qınayaraq, baş verənləri mənəvi sarsıntı adlandırıb. Cənab Kameron bu gün deyib ki, ölkədə sosial problemlər artırdı və nəhayət partlayışla nəticələndi. O, problemlərin həlli məqsədi ilə koalisiya hökumətinin yeni siyasət tətbiq edəcəyinə söz verib.
Britaniyada ba. qaldıran qiyam nəticəsində 5 nəfər ölüb, cinayət ittihamları ilə minlərlə insan həbs edilib. Baş nazir cinayətkarların hədəf alınacağına söz verib. O, eyni zamanda ailə dəyərlərinin təbliği, məktəblərdə nizam-intizamın gücləndirilməsinə səy göstəriləcəyini bildirib.