Britaniya baş naziri Deyvid Kameron hökumətinin ilk kabinet yığıncağında ölkənin iqtisadi durumunu və Əfqanıstandakı müharibəni müzakirə edib. İlk addımlardan biri olaraq bütün nazirlərin maaşları beş faiz azaldılıb. Məqsəd ölkənin 235 milyard dollarlıq büdcə defisitini azaltmaqdır. Cənab Kameron həmçinin 50 gün ərzində yeni büdcəni tərtib etməyə və büdcədən 9 milyard dollar qənaət etməyə söz verib. Mühafizəkarlar partiyasının lideri yeni bank islahatları həyata keçirəcəyini vəd edib və Britaniya valyutasını növbəti beş il ərzində avrodan ayrı saxalayacağını bildirib. Yeni kabinet üzvləri sırasında xarici işlər naziri qismində Mühafizəkar Vilyam Heyq və maliyyə naziri qismində Corc Osborn var.
Baş nazir Deyvid Kameron hökumətinin ilk kabinet yığıncağında ölkənin iqtisadi durumunu və Əfqanıstandakı müharibəni müzakirə edib