Accessibility links

Britaniya terror şübhəlilərini ABŞ-a təhvil verdi


Gecə yarısı Britaniyadan ekstradisiya edilən beş terror şübhəlisi, o cümlədən müsəlman ruhani Əbu Həmzə əl-Məsri, 24 saat ərzində ABŞ məhkəməsi qarşısına çıxarılacaqlar.

Terror şübhəlilərini Amerikaya şənbə günü erkən iki ABŞ təyyarəsi gətirib. Bu, Həmzə və başqalarının appelyasiya müraciətinin Britaniya məhkəməsi tərəfindən rədd edilməsindən sonra baş verib.

Beşliyin arqumenti bundan ibrət idi ki, ABŞ-da onların insan haqları pozulacaq və pis məhbəs şəraiti ilə üzləşəcəklər. Onların müraciətini rədd edən Britaniya məhkəməsi “böyük ictimai maraqları” nəzərə aldığını əsas gətirib.

ABŞ rəsmiləri Həmzəni şimal-qərbi Oreqon ştatında terrorçu düşərgəsi salmağı planlaşdırmaqda günahlandırırlar. O, həmçinin 1998-ci ildə Yəməndə 16 adamın, o cümlədən iki amerikalının girov görülüməsinə yardım etməkdə təqsirləndirilir. Həmin girov-götürmə insidenti zamanı dörd adam həyatını itirmişdi.
XS
SM
MD
LG