Accessibility links

Britaniya İrana qarşı iqtisadi sanksiyaları intensivləşdirməyə çağırır


Britaniya İrana qarşı iqtisadi sanksiyaları intensivləşdirməyə çağırır
Britaniya İrana qarşı iqtisadi sanksiyaları intensivləşdirməyə çağırır

Britaniya Tehranı ölkədə insan haqlarını susturmaqda və Suriyaya insan haqlarını susturmağa kömək etməkdə təqsirləndirərək İranın maliyə sektorunu daha da təcrid etmək istəyir.

Britaniyanın xarici işlər naziri Viliam Heyq bu gün İranı Suriya prezidenti Bəşər əl-Əsədə hökumət-əleyhinə nümayişləri susturmaqda kömək etdiyinə görə təqsirləndirib.

Bruseldə Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşdən kənar çıxış edən Heyq Tehranda müxalifət qruplarına qarşı hücumlar və Suriyada nümayişçilərə qarşı zorakılıq arasında əlaqə olduğunu deyib. Heyq qeyd edib ki, Britaniya Avropa İttifaqının İrana qarşı iqtisadi sanksiyaları intensivləşdirməyə çağırır.

XS
SM
MD
LG