Accessibility links

Britaniya Kino və Televiziya Sənəti Akademiyasının mükafatları təqdim edilib


Gerçək hadisələrə əsasında çəkilən Köləliyin 12 İli Britaniya Film və Televiziya Sənəti Akademiyasının mükafatlarının təqdimatı mərasimində ən yüksək mükafata layiq görülüb. Film 19-cu əsrdə oğurlandıqdan sonra ABŞ-ın cənubuna gətirilərək, orada kölə edilən azad qaradərilinin həyatından bəhs edir. Filmdə baş rolu ifa edən britaniyalı aktyor Şivetel Eciofor ən yaxşı aktyor kateqoriyasında qalib olub.

Triller janrında çəkilən Qravitasiya filmi altı kateqoriyada mükafata layiq görülüb. Filmin quruluşçu-rejissoru Alfonso Kuaro ən yaxşı rejissor kateqoriyasında yüksək mükafat alıb.

Meksikalı rejissor tərəfindən və amerikalı aktyorların iştirakı ilə çəkilməsinə baxmayaraq, Qravitasiya Britaniya kino və televiziya sənəti akaremiyasının mükafatına layiq görülüb.

Vudi Allenin Jasmin filmində baş rolda çəkilmiş Keyt Blançett ən yaxşı aktrisa kateqoriyasında mükafatın qalibi olub.

Kapitan Fillips filmində debütünü edən aktyor Barxad Abdo isə ən yaxşı tərəfmüqabili kateqoriyasında mükafata layiq görülüb.

Cennifer Laurens isə Amerikasayağı fırlıdaq filmində ifa etdiyi rola görə ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında Britaniya film və televiziya sənəti akademiyasının mükafatını alıb.

Britaniya film və televiziya sənəti akademiyasının yükzək prizləri Hollivudda Amerika kinoakademiyasının mükafatlarının təqdimatından iki həftə əvvəl keçirilir və Oskar mükafatının qaliblərinin kim ola biləcəyini proqnozlaşdırmağa imkan verir.
XS
SM
MD
LG