Rusiya höküməti 23 britaniyalı diplomatı ölkədən çıxarır və Britaniyada keçmiş casusa əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə hücumla bağlı diplomatik münaqişə çərçivəsində Britaniyaya qarşı əlavə cavab tədbirləri görəcəyinə dair xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, onlar həmçinin Rusiyada fəaliyyət göstərən Britaniya Şurasını bağlayır və Sankt Peterburqda Britaniya konsulluğunu yenidən açmaq razılığına son qoyur.
Nazirlik diplomatlara ölkəni bir həftə ərzində tərk etməyə dair göstəriş verib.
Şənbə günü Rusiya Xarici İşlər Nazirliyi bu qərarı Britaniya səfirinə bildirimək üçün onu nazirliyə dəvət edib
Bəyanatda bildirilib ki, əgər Britaniya Rusiyaya qarşı əlavə “düşmən” addımlar atsa, hökümət əlavə tədbirlər görəcək.
Bu həftə Britaniya baş naziri Teresa Mey keçmiş casus Sergey Skrpial və onun qızı Yuliyanın zəhərlənməsindən sonra 23 rusiyalı diplomatı ölkədən qovub və yüksək-səviyyəli əlaqələri kəsib.
Britaniyanın xarici işlər naziri Rusiya prezidenti Vladimir Putini Skpal və qızının zəhərlənməsinə dair şəxsən göstəriş verməkdə ittiham edib. Putinin sözçüsü isə bu iddianı qınayıb.
Rusiya hücumda əlinin olduğunu inkar etsə də, Qərb ölkələri bunu Rusiyanın xarici ölkələrə müdaxiləsinin ən son nümunəsi olaraq qiymətləndirir. Bu gərginlik diqqəti Putinin gözlənildiyi kimi əlavə altı illik müddətinə prezident seçilməsi ilə nəticələnəcək bazar günü keçiriləcək seçkilərdən yayındıracaq.
Britaniya polisi bildirib ki, Qluşkob və Skipalı zəhərlənməsi arasında heç bir açıq əlaqə yoxdur, lakin hər iki hadisə Qərbdə narahatlıq yaradıb, xüsusilə də Rusiyanın qlobal səhnədə daha iddialı olduğu və ABŞ prezident seçkilərinə müdaxilə ittihamları ilə üzləşdiyi bir vaxt.
Britaniyanın Sovet dövründə istehsal olunan Noviçok olduğunu güman etdiyi əsəb-sinir sisteminə təsir göstərən maddənin nə mənbəyi nə də necə istifadə olunduğu hələ ki məlum deyil. Rusiya Britaniyanın müstənqilərin topladığı nümunələri onlarla bölüşmələrini tələb edib.
Yüksək vəzifəli Avropa İttifaqı diplomatlarının bazar ertəsi keçiriləcək iclasda növbəti addımları müzakirə edəcəkləri gözlənilir. Onların bəziləri Rusiyada keçiriləcək Dünya Kubokunu boykot etməyə çağırıb. Britaniya baş naziri Teresa Mey isə Moskvanı cəzalandıracaq ölkələr koalisiyanı yaratmaq istəyir.