Accessibility links

Britaniya ilə Çin arasında gərginlik artmaqdadır


Britaniya və Çin bazar günü bir-birini tənqid atəşinə tutub. Britaniyanın xarici işlər naziri Çinin dövlət səviyyəsindəki şəhərə qarşı atdığı addımlara görə Böyük Britaniyanın Honq Konqla ekstradisiya razılaşmalarını dayandıra biləcəyinə işarə edib.

Xarici işlər naziri Dominik Raab eləcə də Pekini Çinin qərb Sincan vilayətindəki uyğurların insan haqlarını pozmaqda, onlara qarşı "kobud və qərəzli" olmaqda ittiham edib.

Buna cavab olaraq Çinin Britaniyadakı səfiri iddia edilən hüquq pozuntuları ilə əlaqədar Britaniyanın Çin məmurlarına qarşı sanksiyalar irəli sürəcəyi təqdirdə ölkəsinin "qətiyyətli cavab" verəcəyini bildirib.

Bu şərhlər Böyük Briyaniya ilə Çin arasındakı gərginliyin kəskin şəkildə artması deməkdir. İKİ ölkə arasındakı mübahisəli məsələlərə Çinin uyğur azlığına münasibəti və Britaniyanın 1997-ci ildə Çinə verdiyi yarı-muxtar Honq Konqa qarşı tətbiq etdiyi yeni təhlükəsizlik qanunları daxildir.

Britaniyanın Çinin telekommunikasiya nəhəngi Huawei-in superfunksiyalı 5G mobil şəbəkəsinə qoşulmasını qadağan edən son qərarı ikitərəfli münasibətləri daha da sarsıdıb.

Raab bazar günü Britaniya hökumətinin Honq Konqla bağlı ekstradisiya qaydalarını nəzərdən keçirdiyini və bazar ertəsi parlamentdə bu mövzu ilə bağlı açıqlama verməyi planlaşdırdığını bildirib.

Raab onu da əlavə edib ki, Britaniya Çinlə münasibətlərin yaxşı olmasını istəsə də, Sincanda uyğur əhalisini hədəf alan məcburi sterilizasiya və kütləvi təhsil düşərgələri barədə xəbərlərə biganə qala bilməz.

XS
SM
MD
LG