Accessibility links

Britaniya ekstremistlərə nəzarət məsələsinə yenidən baxır


Britaniya ekstremistlərə nəzarət məsələsinə yenidən baxır
Britaniya ekstremistlərə nəzarət məsələsinə yenidən baxır

Britaniyanın Baş naziri Deyvid Kameronun ofisi Norveçdə keçən həftə baş vermiş kütləvi qırğından sonra ifrat-sağçı qruplara nəzarət məsələsinə yenidən baxılacağını bildirir. Baş nazir bu gün Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. İclasda Britaniya thəlükəsizlik agentliklərinin ifrat-sağçı qruplara şuranın dediyi kimi adekvat nəzarət edib-etmədiyi məsələsini müzakirə edilib. İclasda həmçinin Norveçdə 76 adamın ölümülə nəticələnmiş hücumun Britaniya üçün nəticələrinin müzakirəsi də yer alıb. Norveç hücumlarında əsas şübhəli Anders Behrinq Breivik Britaniyada ifrat sağçılar tərəfindən cəlb edildiyini iddia edir. Polis hər hansı mümkün əlaqənin olub-olmadığını araşdırır.

XS
SM
MD
LG