Accessibility links

Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verir


Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyini, lakin yeni lider təyin olunana qədər vəzifəsində qalacağını bildirib.

Bu, Nazirlər Kabinetinin bir neçə naziri, eləcə də 40-dan çox kiçik nazir və nazir yardımçısının Consonun istefaya getməsi çağırışları fonunda vəzifələrindən istefa vermələrindən sonra baş verib.

Hökuməti bir sıra etika qalmaqalları ilə üzləşən Conson çərşənbə günü itaətsizlik edərək, vəzifədə qalacağına söz vermişdi.

Maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin eyni zamanda gözlənilmədən istefa vermələrindən bir gün sonra Conson çərşənbə günü Parlamentdə ənənəvi sual-cavab iclası zamanı qəzəbli və şübhəli millət vəkillərinin bir sıra çətin sualları ilə qarşılaşıb.

Conson mühafizəkar deputat Kris Pinçeri əsas partiya postuna təyin etdiyi üçün üzr istəməsindən sonra onlar istefa verib. Pinçer sərxoş halda Londondakı özəl klubda iki kişiyə qarşı qısnama hərəkətlərinə görə tənqid edilirdi.

Conson Sunak və Cavidi Nazirlər Kabinetinin digər üzvləri ilə dərhal əvəz edib. Lakin Nazirlər Kabinetinin başqa bir rəsmisi, Uels ştatının katibi Saymon Hart çərşənbə günü istefasını verərək, "gəmini döndərməyin" mümkün olmadığını deyib.

Ən son qalmaqal Conson Dovning Street 10-da partilər keçirərək öz COVID-19 qapanmaları qaydalarını pozduğuna görə polis cəriməsi aldıqdan sonra Mühafizəkarlar Partiyasında etimadsızlıq səsverməsindən çıxdıqdan bir neçə həftə sonra baş verir.

Boris Conson 2020-ci ilin yaz və qış aylarında Britaniyada əksər ictimai toplantıların qadağan edildiyi, insanların xəstəxanalarda tək öldüyü zaman adi vətəndaşların toylar və yas mərasimləri və ad günlərini qeyd etməməyə məcbur olduğu vaxt bir sıra ziyafətlərə qatıldığı ilə bağlı ifşalar fonunda istefa çağırışları ilə qarşılaşıb.

XS
SM
MD
LG