Accessibility links

Brexitin gələcəyi qeyri-müəyyən olaraq qalır


Britaniya parlamenti hökumətin Avopa Birliyindən çıxmaq üçün iki dəfə irəli sürdüyü razılığı rədd və 16 fərqli variantdan imtina etdikdən sonra Brexitin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatası Brexitin müqəddəratının müəyyən edilməsi məsuliyyətini indiyədək razılığı parlamentdə təsdiqləyə bilməyən baş nazir Tereza Meydən alıb.

Qanunvericilər çərşənbə günü 16 fərqli planın müzakirəsinə başlayıb. Tərəflər bu rəqəmi səkkizə azaldıb, səsvermə keçirib və planların hər birini rədd edib.

“Bu məsələdə sadə həll yolu yoxdur. Hökumətin müzakirə etdiyi razılıq həm Avropa Birliyi, həm də parlamentdə üzvlərin maraqlarını nəzərdə tutur. Bu, kompleks danışıqlarda normal haldır. Palatanın bu gün müzakirəyə çıxardığı prosesin nəticələri göstərir ki, hökumətin irəli sürdüyü razılıq ən yaxşı seçimdir” - deyə, Stefen Barkley bildirib.

Mey qanunvericilər onun Avropa Birliyi ilə müzakirə etdiyi planı təsdiq etsə, nəzərdə tutduğundan az zamanda baş nazir vəzifəsindən istefa verəcəyini bildirib.

Meyin planı ilə bağlı mübahisənin mərkəzində Avropa İttifaqına daxil olan İrlandiya və Britaniyanın nəzarətində olan Şimali İrlandiya arasında ticarət və yerli sakinlərin sərhədi gündəlik və maneəsiz keçməsi məsələsi yer alır.

Avropa İttifaqı üzvlərə planının nədən ibarət ollduğunu bildirməsi üçün Britaniyaya aprelin 12-nə qədər zaman verib. Əks təqdirdə, Britaniya Avropa Birliyini çıxış planı olmadan tərk etməli olacaq. Bu isə iqtisadi xaosa gətirib çıxara bilər.

XS
SM
MD
LG