Braziliya xalqı tərəfindən prezident seçilmiş ölkənin ilk qadın dövlət başçısı olacaq Dilma Russeff Birləşmiş Ştatlarla daha yaxın əlaqələrə can atdığını deyir. Washington Post qəzetində məaqlə ilə çıxış edən xanım Russeff yazır ki, ABŞ və Braziliya dünyada mühüm rol oynayırlar. O, hələlik heç bir xarici ölkəyə dəvət qəbul etməyib, çünki o, yanvarın 1-də vəzifəsinin icrasına başlamazdan öncə kabinet təşkil etməklə məşğuldur. Lakin o, hakimiyyətinin ilk günlərində prezident Barak Obama ilə görüşmək istəyini dilə gətirib.