Accessibility links

İlham Əliyev BP şirkətitnin prezidenti ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadli ilə görüşüb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüş zamanı 2024-cü ildən sonra “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib. Qeyd edilib ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar. Yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.

Görüşdə, həmçinin “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb.

XS
SM
MD
LG