BP şirkətinin baş icraçı direktoru Toni Heyvord Rusiya prezidentinə Britaniyanın nəhəng neft şirkətinin maliyyə iflası astanasında olmadığını çatdırmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır. Londonun Financial Times qəzetinin bugünkü açıqlamasında bildirilir ki, BP başçısı Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcək və ona şirkətin Meksika körfəzindəki kütləvi neft axını səbəbindən verdiyi itkilərin qarşısında dura biləcəyini deyəcək. Qəzetdə BP başçısının səfərinin vaxtının müəyyən edilmədiyi deyilir.
BP başçısının Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcəyi deyilir