Accessibility links

Bosniya - Avropa İttifaqına üzvlük yolunda [Video]


Bosniya - Avropa İttifaqına üzvlük yolunda
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Bosniya - Avropa İttifaqına üzvlük yolunda

Bu həftə Bosniya və Herseqovina Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Bu addım həm Sarayevo, həm də Brüsseldə müsbət qarşılansa da, bunun qarşısında ciddi maneələrin olacağı gözlənilir.

Bu il, Bosniya və Herseqovina üçün mühüm islahatlar ili olacaq və biz bu yolda dayanmayacağıq, çünki artıq qonşularımıza yetişmək istəyirik.
Draqan Çoviç

Bosniya müharibəsindən 21 il sonra ölkə liderləri Avropa İttifaqına qoşulmaq haqda qərar veriblər.

“Bu il, Bosniya və Herseqovina üçün mühüm islahatlar ili olacaq və biz bu yolda dayanmayacağıq, çünki artıq qonşularımıza yetişmək istəyirik,” deyə prezident Draqan Çoviç bildirib.

Brüsseldə diplomatlar Bosniyanın üzvlüklə bağlı ərizəsini səmimi şəkildə qarşılayıb.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini:

“Qonşu ölkələr arasında Avropa İttifaqına daxil olub, ölkənin cəmiyyəti, iqtisadiyyatı, təsisatları, sistemlərini Avropa stardartlarına uyğunlaşdırmak üçün səylər aparıldığını müşahidə edəndə bu, bizə Avropa İttifaqı vətəndaşlığı qarşısında məsuliyyət daşıdığımızı göstərir. “

Hər iki tərəf də anlayır ki, Bosniyanın Avropa İttifaqına üzv olması bir neçə il sürəcək, deyə təhlilçi Ceyms Ker-Lindsey bildirir.

Draqan Çoviç və Bert Koenders
Draqan Çoviç və Bert Koenders

“Bir çox inkişafların əldə olunmasına baxmayaraq, ölkədə hələ də bir sıra problemlər mövcüddur. Avropa İttifaqı da bunu ölkənin inkişaf yolunda irəliləməsi prosesində yaxşı bir imkan olaraq görür.”

Sarayevoda da Bosniya və Herseqovinanın bu addımı müsbət qarşılanıb.

“Firkrimcə, bəşəriyyət üçün çıxış yolu birlikdir, ayrılma deyil. Bu səbəbdən də mən bunun bizim üçün böyük bir addım olduğunu düşünürəm,” deyə bir Sarayevo sakini bildirib.

Bəziləri isə buna skeptik yanaşıb.

“Bizim mentaliteti və siyasətçilərimizi nəzərə alsaq, Avropa İttifaqına qoşulmağımıza hələ çox qalıb,” deyə digər bir Sarayevo sakini bildirib.

Bir çox inkişafların əldə olunmasına baxmayaraq, ölkədə hələ də bir sıra problemlər mövcüddur. Avropa İttifaqı da bunu ölkənin inkişaf yolunda irəliləməsi prosesində yaxşı bir imkan olaraq görür.
Federika Mogerini

ABŞ-ın vasitəçiliyi ilə 1995-cı ildə əldə olunmuş Dayton Sülh Razılığına əsasən, ölkə xorvat və bosniya müsəlmanlarının əksəriyyət təşkil etdiyi Bosniya və Herseqovina Federasiyası və serblərin əksəriyyət təşkil etdiyi Bosniya Serb Respublikasına bölünüb.

Ker-Lindsey isə deyir ki, əgər Bosniya Avropa İittifaqına üzv olmaq istəyirsə, bu sistem dəyişməlidir.

“Bosniya icması mümkün olduğu qədər hakimiyyəti mərkəzləşdirməyə çalışır. Onlar Bosniya serblərinin öz hakimiyyəti olmasından hiddətlnir. Eyni zamanda isə Bosniya serbləri sahib olduqları hakimiyyəti hər vəchlə qoruyub saxlamağa çalışır və bu hakimiyyəti Avropa İttifaqına üzv olmamaq bahasına belə əldən vermək istəmir.”

Bosniya müharibəsi zamanı bir milyondan çox bosniyalı ölkəni tərk edib. Hazırda isə Avropa miqrant böhranını həll etməyə çalışdığı üçün, Brüsseldəki diplomatlar Bosniya və Herseqovinanın müraciətini ittifaqın əsasını təşkil edən sülh və birlik prinsiplərinə dəstək kimi qiymətləndirir.

XS
SM
MD
LG