Accessibility links

Böyük teatrın bədii rəhbərinə hücum olub


Cümə axşamı gecə Rusiya Akademik Böyük teatrın bədii rəhbəri kislota tökülməklə naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Böyük teatrın sözçüsü müxbirlərə deyib ki, Sergey Filin gecə evinə yaxınlaşarkən maskalı şəxs kislotanı onun üzünə atıb. O, Filinin üzü və gözlərinin yandığını bildirmişdir. Sözçü Sergey Filinin hal-hazırda Moskva xəstəxanasında olduğunu və həkimlərin onun görmə qabiliyyətini itirməməsinə çalışdıqlarını deyib.

Böyük teatrın sabiq rəqqası Filin teatrın bədii rəhbəri vəzifəsində 2011-ci ildən çalışır. Son aylar ona hədələyiçi telefon zəngləri edilib, avtomobilinin təkərləri deşilib və sosial media hesablarına hücumlar edilib.
XS
SM
MD
LG