Accessibility links

Boliviyada Morales tərəfdarları qaz istehsalı zavodunu mühasirəyə alıb


Boliviya devrilmiş prezident Evo Moralesin tərəfdarlarının ələ keçirdiyi qaz istehsalı zavodunun geri alınması üçün zirehli maşınlar və vertolyotlar göndərib.

Etirazçılarla polis arasında baş verən qarşıdurmada ən azı 3 nəfər ölüb, 18 nəfər yaralanıb. İctimai müdafiə bürosu ölüm və yaralanmanın səbəblərini araşdıracağını söyləyib.

Bəzi Boliviya şəhərlərində Morales tərəfdarları magistral yolları bağlamağa və neft boru kəmərlərini kəsməyə davam etdikləri üçün ərzaq və yanacaq qıtlığı barədə məlumat verilməyə başlayıb.

El Alto sakini deyib:

"Zəhmət olmasa, bizə insan münasibəti göstərin. Burada növbədə duran 2000-dən çox insan var. Yalnız bizi düşünməyin, uşaqlarımız da acından ölür. Xahiş edirəm, onlara qaz satmağımıza imkan yaradın."

Morales noyabrın 10-da polisn və etirazçıların təzyiqi ilə istefa verib. Amerika Dövlətləri Təşkilatı (ADT) ötən ay Moralesin cüzi fərqlə qələbə qazandığı seçkilərdə hər sahədə pozuntulara yer verildiyini aşkar edib.

Morales Meksikaya qaçıb və tərəfdarlarının o gündən etibarən müvəqqəti prezident Cenin Enezin istefası çağırışı ilə etirazları artıb.

XS
SM
MD
LG