Accessibility links

Boko Haram qrupunun 110 qızı oğurladığı təsdiqlənib


Nigeriya hökuməti bir neçə gün davam edən sükutdan sonra bazar günü Boko Haram qrupunun ölkənin şimal-şərqində 110 qızı oğurladıqlarını təsdiqləyib.

İnformasiya Nazirliyi bildirib ki, bir həftə əvvəl Boko Haram militantları Yobe ştatının Dapçi şəhərində yerləşən Hökumət Elm və Texniki Kollecinə hücum etdikdən sonra qızların bəziləri məktəbdən yoxa çıxıb.

“Mən bütün maraqlı tərəflər, təhlükəsizlik işçiləri, qubernator, valideyinlərin nümayəndələri və yerli hökumət başçıları ilə görüşmək üçün buraya gəlmişəm. Biz buraya təkcə hadisə ilə bağlı daha çox məlumat əldə etmək üçün deyil, bu qızları xilas etmək istiqamətində hansı tədbirlərin görüldüyünü aydın etmək üçün toplaşmışıq” deyə Nigeriyanın informasiya naziri Lai Məhəmməd bildirib.

Rəsmilər əvvəl qızların oğurlanması xəbərini inkar etdi və qızların hücumdan qorxaraq kolluqda gizləndiklərini deyib.

Prezident Məhəmməd Bahri deyib ki, itmiş qızların axtarışı üçün qoşun qüvvələri ilə yanaşı əlavə hava qüvvələri də səfərbər edilib.

Mənası “Qərb təhsili qadağandır” kimi tərcümə edilən Boko Haram 2015-ci ildə İŞİD qrupuna sadiqliyini bəyan edib və məktəblərə bir neçə hücum həyata keçirib. Dörd il əvvəl bu qrup sərhəd regionunda yerləşən Çibok məktəbindən 276 qızı oğurlamaqla dünyanı şoka salmışdı.

XS
SM
MD
LG