Yüzlərlə Boko Haram döyüşçüsü sərhəddə yerləşdirilmiş Çad və Kamerun əsgərləri ilə hərbi toqquşmalardan sonra Kamerun sərhəddini keçərək ölkəyə daxil olub.
Şahidlərin bildirdiyinə görə, döyüşçülər Kamerun-Nigeriya sərhəddindəki Fotokol şəhərinə daxil olaraq Çad ordusunun hərbi mövqelərinə hücum edib. Ərazidə şiddətli döyüşlərin getdiyi bildirilir.
Çad hərbi qüvvələrin əsgərlərinin Boko Haramın hücumunu dəf etdiyini və yaraqlıların Nigeriyanın Qambaru şəhərinə çəkilməyə məcbur olduqlarını bildirib. Döyüş zamanı 200-dən çox yaraqlının öldürüldüyü və Çad ordusunun doqquz əsgərinin həlak olduğu bildirilir.
Tələfatlarla bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Çad Nigeriya hökumətinə Boko Haramın İslam Dövləti yaratmaq məqsədilə ələ keçirdiyi ərazilərin geri qaytarılmasına kömək məqsədilə beynəlxalq səylərin önündə gedir.
Nigeriya hərbi qüvvələrin ölkənin şimal-qərbində Qanbrau da daxil olmaqla onlarla şəhəri və qəsəbəni geri aldığını bildirib.