Accessibility links

Nigeriyada iki kənddə 30 nəfər qətlə yetirilib


İlsamçı yaraqlılar Nigeriyanın şimalında Çilbok şəhəri yaxınlığında ötən ay yüzlərlə məktəbli qızın oğurlandığı iki kənddə təxminən 30 nəfəri öldürməkdə şübhəli bilinir.

Alaqarnoda şahidlər silahlı şəxslərin gecə onların kəndinə hücum edərək, təxminən 17 nəfəri öldürdüyünü deyib. Onlar hücumçuların ərzaq oğurladıqlarını və evləri yandırdıqlarını deyib.

Şava kəndinin sakinləri silahlı şəxslərinin bazar ertəsi kəndin yaxınlığında azı 10 nəfəri öldürdüyünü deyib.

Hücumlar barədə məlumat ölkənin mərkəzində yerləşən Cos şəhərində iki bomba hücumu nəticəsində 118 nəfərin ölməsindən bir gün sonra verilib.

İki bomba hücumu izdihamlı bazarda bir-birindən cəmi bir neçə dəqiqə fərqlə baş verib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin şübhələr ötən beş il ərzində minlərlə insanın ölümündə təqsirli bilinən Boko Haram İslamçı ekstremist qrupunun üzərinə düşür.
XS
SM
MD
LG