Accessibility links

Boko Haram qrupuna qarşı hava hücumları zamanı təsadüfən onlarla mülki vətəndaş həyatını itirib


Rəsmilər Nigeriyanın hərbi təyyarələrinin çərşənbə axşamı Boko Haram silahlı qrupuna qarşı həyata keçirdiyi əməliyyat zamanı təsadüfən bombanın atılması nəticəsində 50 nəfərın öldüyünü bildirib.

Ordunun ilkin məlumatında bildirilib ki, hava hücumu təsadüfən Boko Haramdan qaçan insanların məskunlaşdığı Rannda düşərgəyə edilib. Lakin prezidentin sözçüsü Femi Adesina bomba hücumlarının mülki vətəndaşların yaşadığı əraziyə edildiyini deyib. Femi Adesina Boko Haramın həmin ərazi yaxınlığında fəaliyyət göstərdiyini bildirib.

Prezident Muhammədu Buxari özünün rəsmi Twitter səhifəsində açıqladığı bəyanatında qurbanlara dəstək veriləcəyini bildirib.

MSF kimi tanınan Sərhədsiz Həkimlər yardım qrupunun hücumdan bir neçə saat sonra açıqladığı məlumatında ölənləriun sayının 52 nəfər olduğu bildirilib.

BMT-nin humanitar ofisindən verilən məlumata görə, Rannda 43 min məcburi köçkün yerləşdirilib. BMT ərzaq çatışmazlığı və zəif qidalanma kimi problemlərin ünvanlanması məqsədil insanlara yardım çatdırılmasının çətin oldğunu bildirib.

XS
SM
MD
LG