Accessibility links

Boeing 737 MAX təyyarələrinin fəaliyyətinin bərpasını planlaşdırır


ABŞ təyyarə istehsalçısı Boeing iki ölümcül qəzadan sonra 737 MAX təyyarələrinin fəaliyyətlərinin bərpası üçün çərşənbə axşamı 200 pilot, texniki məsələlər üzrə liderlər və tənzimləyicilərə brifq verməyi planlaşdırdığını açıqlayıb.

Şirkət bəyanatında bildirib ki, 737 MAX bütün operatorları və milli aviasiya tənzimləyicilərinin ilə birlikdə sessiya keçirməyi planlaşdırır.

"Biz eyni zamanda, 737 MAX üçün proqram təminatının yenilənməsi məqsədilə müştərilərimiz və tənzimləyicilərimizlə əməkdaşlığımızı davam etdiririk" - deyə, bəyənatda qeyd olunub.

737 Max 8-in təyyarələri son beş ayda iki dəfə qəzaya uğrayıb. Nəticədə oktyabr ayında qəzaya uğrayan İndoneziyanın Lion Air şirkətinə məxsus təyyarədə 350 nəfər ölüb.

Efiopiya nəqliyyat naziri bildirib ki, Efiopiya və İndoneziyada qəzaya uğrayan Boeing 737 MAX təyyarələrinin hər ikisinin qara qutularından əldə edilən məlumat qəzalar arasında bənzərliyi aydın göstərir.

Qəzadan sonra ABŞ və 30-dan çox ölkə Boeing 737 MAX 8 təyyarələrinin uçuşlarını dayandırıb.

Boeing software sistemini yeniləmə prosesini başa çatdırdığını bildirib.

XS
SM
MD
LG