BMW avtomobil şirkəti 2019-cu ildə 2,52 million BMW, Mini və Rolls-Royce avtomobilinin satıldığını açıqlayıb. Bu göstəricilərlə BMW ən böyük rəqibi olan Daimler-i qabaqlayaraq ən çox premium avtomobil satan şirkət olub.
Daimler yanvarın 9-da keçən il 2,34 milyon Mercedes-Benz sərnişin avtomobili satdığına dair məlumat yayıb. Bu isə ardıcıl 9 il rekord satış deməkdir.
BMW bildirib ki, yalnız BMW brendinə məxsus avtomobillərin ötənilki satışı 2,17 milyona bərabərdir. BMW Group-un son ilin satış rəqəmləri Çin və Birləşmiş Ştatlarda rekord səviyyədə olub.
BMW və Mini markalarının Avropadakı satışları ilbəil bir qədər aşağı düşüb. Avtomobil istehsalçısı siyasi və iqtisadi qeyri-müəyyənliklərə toxunaraq qeyd edib ki, 2020-ci il satışlarının əvvəlki il səviyyəsində olacağı gözlənilir.
BMW Group Çindəki böyük tələbatını nəzərə alaraq, 2020 satışlarında cüzi bir artım hədəflədiyini bildirib.