BMT-nin baş katibi Ban Ki Munun bazar günü Suriya paytaxtı yaxınlığında hərbi hədəflərə hava hücumu həyata keçirməsi ilə bağlı kəşfiyyat məlumatlarından narahatlıq izhar edən bəyanatına Rusiya və Çin də qoşulub.
Bu gün Çin xarici işlər naziri gücdən istifadənin əleyhinə olduğunu bildirib və dövlət suverenliyinə hörmət olunmasının vacibliyini vurğulayıb.
Rusiya isə Suriyada münaqişənin daha da geniş vüsət alması ehtimalından narahatlığını ifadə edib.
Cənab Ban bütün tərəfləri münaqişənin qızışmasının qarşısının alınması üçün daha məsuliyyətli addım atmağa çağırıb.
ABŞ dövlət katibi Con Kerri bu gün Rusiyaya səfər edərək prezident Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək.