Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Yəməndə beş ildir davam edən münaqişə ölkədə uşaqların həyatına "dağıdıcı" təsirini göstərir. Müharibə başlayanadan bəri minlərlə uşaq öldürülüb, şikəst olub və döyüşlərə cəlb edilib.
Uşaqlar və silahlı münaqişə üzrə xüsusi nümayəndə Təhlükəsizlik Şurasının iclasında bildirib ki, münaqişənin uşaqlara təsiri dəhşətli səviyyədədir.
Bu prosesi həyata keçirmək heç bir tərəf üçün asan qərar deyil və ona görə də bu proses gözlənildiyindən uzun zaman alacaq.Martin Griffits, BMT nümayəndəsi
Bu ilk dəfə deyil ki, BMT Yəməndə uşaqları hədəf aldıqları ilə bağlı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya və Husilərə müraciət edib.
Hər iki tərəfin mülkü vətəndaşlara zərər yetirmədiyini iddia etməsinə baxmayaraq, uşaqlar arasında ölüm hallarının sayı artmaqda davam edir.
BMT davamlı şəkildə münaqişəyə son qoymaq üzərində çalışır. Bazar ertəsi xüsusi elçi Martin Qriffits şura üzvlərinə deyib ki, həm koalisiya qüvvələri, həm də Husi üsyançıları qoşunlarını Qırmızı dənizdə liman şəhəri Hudeydədən kənar mövqelərə çəkməyə başlamağa dair planla razılaşıb.
“Mən aydınlıq gətirmək istəyirəm ki, döyüşçülərin ərazidən çıxarılması baş verəndə, onlar uzun zaman davam edən münaqişədən sonra ərazidən çıxan ilk könüllü qüvvələr olacaq. Bu prosesi həyata keçirmək heç bir tərəf üçün asan qərar deyil və ona görə də bu proses gözlənildiyindən uzun zaman alacaq,” BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qriffits bildirib.
Qriffits etiraf edib ki, Yəmən müharibəsinin səngiməsi görünmür. O deyib ki, məsələnin bir daha siyasi müstəviyə keçirilməsindən əvvəl hərbi qüvvələrin mövqelərdən çıxarılması məsələsində real irəliləyiş əldə edilməlidir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 2015-ci il mart ayında Yəmən hökumətini dəstəkləmək məqsədi ilə Husi üsyançılarına qarşı hücumlara başlıayıb.
BMT-nin hesablamalarına görə, o vaxtdan bəri 10 min insan münaqişə nəticəsində həlak olub. Ölüm hallarının çoxu koalisiya qüvvələrinin hava hücumları nəticəsində baş verib.