BMT-nin Hələbdə mühasirədə olan insanlar üçün yardımla dolu yük maşınları rəsmilər Suriya qüvvələri ilə üsyançılar arasında keçən həftə əldə olunmuş atəşkəsə əməl olunduğu Suriyaya daxil olmaq üçün sərhəddə gözləyir.
BMT-ni humanitar yardım işləri üzrə ofisinin sözçüsü bildirib ki, 40 yük maşınından ibarət yardım karvanı ölkədə daxil olmaq üçün təhlükəsizlik qarantiyaları alana qədər Türkiyə ilə Suriya sərhəddində gözləyir.
Jens Laerkenin bildirdiyinə görə, BMT sərhəd boyu yardımın çatdırılması üçün Suriyadan rəsmi icazə almamalıdır, lakin yük maşınları təhlükəsizlik təmin olunana qədər xüsusi gömrük zonasında qalır.
BMT atəşkəsi Hələbin üsyançıların nəzarətində olan şərq bölgələrinə yardımın çatdırılması üçün mühüm bir imkan kimi qiymətləndirib. Lakin ərazidə raket və artilleriya atəşləri yük maşınlarının hərəkətinə mane olur.
Suriyanın dövlətə məxsus mediası Hələbdə ordu və üsyançılar arasında atəşkəsin pozularaq toqquşmaların olduğu haqda məlumat verib. Suriyada İnsan Hüquqlarını Müşahidə Qrupu döyüşlərin yeddi müxtəlif üsyançı qrupun cəmləşdiyi Cobar bölgəsində getdiyini bildirib.