BMT-nin humanitar məsələlər üzrə başçısı cümə günü xəbərdarlıq edib ki, yardım işçiləri müharibənin viran etdiyi Yəməndə “ aclığa qarşı mübarizədə məğlub olur”.
“Vəziyyət son həftələrdə narahatedici dərəcədə pisləşib. Biz elə bir nöqtəyə yaxınlaşırıq ki, ondan sonra ölkə boyu geniş yayılan aclıq səbəbilə kütləvi insan ölümünün qarşısını almaq mümkün olmaya bilər”– deyə, BMT-nin Humanitar Məsələlər və Təcili Yardım üzrə katibinin müavini Mark Loukok Təhlükəsizlik Şurasına bildirib.
BMT artıq bir ildək çoxdur Yəməndə ərzaq böhranı təhlkəsindən xəbər verir. Loukok deyib ki, Yəmənin dərinləşən iqtisadi problemləri vəziyyəti pisləşdirib
Milyonlarla yəmənli artəq mütəmadi olaraq maaş almır, buna dvölət qulluqçuları da daxildir ki, onlara iki ildir maaş verilmir. Son ayda yerli valyutanın dəyəri 30 faiz azalıb və beləcə dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə iqtisadi böhran dərinləşib.
“Yəməndə istehlak olunan ərzaqların demək olar hamısı idxal olunduğu üçün, yardım agentliklərinin əli uzanmadığı 10 milyon yəmənli üçün ərzaqların qiyməti artacaq” – Loukok deyib.
O söyləyib ki, humanitar işçilər artıq aclıqa bənzər vəziyyət müşahidə etməyə başlayıb. Buna başqa heç bir yemək mənbəyi olmayan insanların yarpaqlar yeməsi daxildir.
Hazırda yardım işçiləri hər ay 3 milyon insana yardım edir, amma Loukok deyir ki onlar bu rəqəmi 8 milyona artırmağa ümid edir. Lakin bu da, ehtiyacı olan insanların yalnız bir hissəsidir. BMT-nin məlumatına görə, 18 milyon yəmənli ərzaq çatışmazlığı ilə üzləşir, onlardan 8 milyonunun vəziyyəti çox pisdir.
Ərzaq çatışmazlığına səbəb olan bir digər məsələ Qırmızı Dəniz sahilində yerləşən strateji Hodeida limanında intensivləşən döyüşlərdir.
Hodeida Yəmən üçün həyati önəm daşıyır. Ölkə ərzaq, yancaq və dərmanların 90 faizini idxal edir. Həmin malların 70 faizi isə ölkəyə bu liman şəhərdən daxil olur. Husis son iki ildir Hodeidaya nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə limanın nəzarətini onların əlindən almaq üçün hərbi əməliyyatlarını artırıb.
Üsyançılara qarşı beynəlxalq silah embarqosuna baxmayaraq, koalisiya onları limandan istifadə edərək ölkəyə silah daxil etməkdə ittiham edir. Husilər isə bu ittihamları rədd edir.
Yardım səyləri yaxşı maaliyyələşdirilib. Bu il onlara 2.6 milyard dollar pul ayırılıb. Buna hava hücumları həyata keçirən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin böyük miqdarda verdiyi ianələr daxildir.
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2015-ci ilin mart ayında Yəmən hökümətinə dəstək məqsədilə Husi üsyançılarını bombalamağa başladı. BMT o zamandan bəri, 10 mindən çox insanın öldürüldüyünü təxmin edir. Onların çoxu hava hücumları nəticəsində öldürülüb.