BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) bildirir ki, ölkələrində pisləşən şəraitdən qaçan venesuelalıların çoxunun beynəlxalq müdafiəyə ehtiyacı var və onlar məcburi şəkildə evlərinə geri göndərilməməlidir.
Venesuelada siyasi, iqtisadi, insan haqları və humanitar vəziyyət pisləşdiyi üçün vətəndaşlar oranı tərk edir. BMT-nin qaçqın agentliyi ölkədən 3.7 milyon insanın qaçdığını bildirir. Onların çoxu Kolumbiya, Ekvador, Peru, Braziliya və Karib hövzəsindəki ölkələrə üz tutub.
Agentlik bildirir ki, ötən ilin sonunadək təxminən 460 min venesuelalı rəsmi olaraq sığınacaq üçün müraciət edib.
Lakin BMT-nin qaçqın agentliyinin sözçüsü Liz Trossel deyir ki, Venesueladakı dəhşətli vəziyyət nəzərə alındıqda aydın olur ki, ölkəni tərk edən milyonlarla insanın beynəlxalq müdafiəyə ehtiyacı var.
“Buna səbəb onların Venesuelada ictimai asayişi ciddi şəkildə pozan vəziyyət səbəbilə yaranan təhlükəsizlikləri, həyatları və azadlıqlarına təhlükələrdir. Agentlik həmçinin ölkələri venesuelalıların qanuni statuslarından asılı olmayaraq deportasiya olunmamalarını və ya Venesuelaya geri dönməyə məcbur edilməmələrini təmin etməyə çağırır”, o söyləyib.
Trosselin dediyinə görə, hələ ki, venesuelalılar deportasiya edilmir. Lakin o xəbərdarlıq edib ki, daha çox insan qaçqığı və qaçqın yükü ağırlaşdığı üçün vəziyyət dəyişə bilər.
O deyib ki, qısa müddət öncə Latın Amerika ölkələrinə rəsmi giriş məntəqələri bağlı idi. O, Braziliyanın Venesuela ilə sərhədinin ötən həftə açıldığını bildirib.
Trossel deyib ki, getdikcə sayı artan venesuelalılara ev sahibliyi edən ölkələrin beynəlxalq dəstəyə ehtiyacı var. O deyib ki, bu ölkələrin sığınacaq axtaran qaçqınlara kömək etməyə maddi vəsaitləri çatmır.
O, donorları daha böyük ianələr etməyə çağırıb və bildirib ki, BMT-nin Venesuela üçün istədiyi 146 milyon dolların sadəcə 28 faizinin toplanıb.