BMT-nin yardım agentlikləri Venesuela daxilində humanitar yardımı artırır. Eyni zamanda isə onlar ölkə və beynəlxalq icmanı bölən mübahisəli siyasi vəziyyətə münasibət bildirməkdən imtina edir.
Birləşmiş Millətlər Təşkilatı Venesueladakı humanitar ehtiyacların kritik olduğunu bildirir. Təşkilat altıdan çox BMT agentliyinin əhalinin təcili sağlamlıq, qida və müdafiə ehtiyaclarını qarşılaması üçün noyabr ayından bəri fəaliyyətini artırıb.
İdeal ssenari odur ki, hər hansı siyasi və ya başqa məsələlərdən müstəqil şəkildə, ehtiyac əsasında humanitar yardım olunsun.Yens Larke
Lakin onlar bildirir ki, pul çatışmazlığı onların əməliyyatlarına ziyan vurur.
Venesuelanın mübahisəli prezidenti Nikolas Maduro Kolumbiya sərhədində ABŞ-ın 50 tondan çox humanitar yardımın ölkəyə daxil olmasının qarşısını aır. O, ölkədə heç bir humanitar bphranın olmadığını deyir.
Yens Larke BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin sözçüsüdür. O, ABŞ-Venesuela qarşıdurmasını şərh etməkdən imtina edib, lakin Amerikanın Səsinə bildirib ki, Birləşmiş Millətlər Təşkilatı sərhəddəki vəziyyəti yaxından izləyir.
"İdeal ssenari odur ki, hər hansı siyasi və ya başqa məsələlərdən müstəqil şəkildə, ehtiyac əsasında humanitar yardım olunsun”, Larke deyib.
2017-ci ilin ortalarından bəri təxminən 3 milyon venesuelalı xroniki ərzaq və dərman çatışmazlığı səbəbilə ölkədən qaçıb. Dünya Qida Proqramının sözçüsü Herve Verhusel deyir ki, Kolumbiya sərhədinə gələn insanlar Venesuela xalqının yaşadığı dərin səfaləti əks etdirir.
“Daha ötən il 1.2 milyon pulu, yeməyi, dərmanı olmayan ac insan Kolumbiyaya gəlib. Göstəricilərdən asılı olmayaraq, şübhəsiz ki, ölkədə böhran var”, Verhusel deyib.
Verhusel deyir ki, BMT ehtiyacı olan insanlara siyasətdən müstəqil, qərəzsiz bir şəkildə yardım edir. O deyir ki, BMT tərəf tutmayacaq. O, Dünya Qida Proqramının ərzaqları Kolumbiyada yerləşdirdiyini və ölkəyə daxil olmağa icazə aldığı an bu ərzaqları Venesueladakı ac insanlara paylayacağını bildirir.