BMT Təhlükəsizlik Şurası Suriyada sülhə dair yol xəritəsinin yekdilliklə dəstəkləyib.
Xarici İşlər Nazirləri ABŞ-ın hazırladığı qətnaməni dünən gecə qəbul edib. Qətnamə Suriyaya Beynəlxalq Yardım Qrupunun Nyu-Yorkda bir gün davam edən iclasından sonra qəbul olunub.
"Şura bütün aidiyyatı tərəflərə aydın mesaj göndərir ki, Suriyada qətllərə son qoymağın vaxtı çatıb" - deyə ABŞ dövlət katibi Con Kerri bildirib.
Qətnamə BMT-nin vasitəçiliyi ilə Suriyanın rəhbərlik etdiyi siyasi proseslərə dəstək ifadə edib. Burada hədəf 6 ay ərzində keçid hökumətinin yaradılması və ardınca isə 18 ay ərzində seçkilərin keçirilməsidir. Qətnamə habelə Suriya daxili sülh danışıqları ilə yanaşı, ölkə boyu atəşkəsin tətbiqinə çağırır.