Suriya insan haqları fəalları deyirlər ki, hökumət qüvvələri üsyanın episentri sayılan Homs şəhərini intensiv şəkildə bombalamaqda davam edirlər. Bu arada BMT komissiyası bildirib ki, dəlillər Suriya rəhbərliyiinin ən yüksək səviyyədə bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıdığını müəyyən edib.
Homsun durmadan bombalanması nəticəsində 74 adam, o cümlədən iki Qərbli jurnalist həlak olub. Suriya hökuməti açıqladığı bəyanatda jurnalistlərin ölkədə olmasından agah olmadığını bildirib.
Bu arada müstəqil panel BMT-nin İnsan Haqları üzrə Ali Kommissarına hesabat təqdim edib. Həmin hesabatda bir il davam edən üsyanın yatırılmasında iştirak edən Suriya hökumət rəsmilərinin adları sadalanır.
Komissiya həmçinin müxalifət qüvvələrinin hüquq pozuntularına yol verdiyinə dair dəlilə malik olduğunu bildirib.