BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin rəhbəri vəzifəsinə braziliyalı professor Hose Graziano təyin edilib. O, bu gün Romada keçirilən səsvermənin ikinci mərhələsində İspaniyanın sabiq xarici işlər naziri Migel Angel Moratinosa qalib gəlib. Hose Graziano vəzifəyə ərzaq qiymətləri və xroniki aclığın artdığı bir vaxt seçilib. O, 2006-ci ildən bəri Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin Latın Amerikası təmsilçisi olub. Daha əvvəl isə Graziano Braziliyanın Ərzaq Təhlükəsizliyi Nazirliyinə rəhbərlik edib.